老子道徳経 / Tao Te Çinq — w językach japońskim i azerbejdżańskim. Strona 2

Japońsko-azerbejdżańska dwujęzyczna książka

老子

老子道徳経

Lao-tszı

Tao Te Çinq

五十一章

51

道はこれを生じ、德はこれを畜ひ、物はこれを形し、勢はこれを成すなり。是を以て、萬物は道を尊び、德を貴ばざるはなきなり。道の尊き、德の貴きは、それこれを爵することなくして、而も常に自から然るなり。故に、道はこれを生じ、德はこれを畜ひ、これを長じ、これを育し、これを成し、これを熟し、これを養ひ、これを覆ふなり。生ずるも有せず。為すも恃まず。長ずるも宰せず。これを玄德と謂ふ。

Yol törədir onları
Kəramət bəsləyir onları
Mahiyyət təşkil edir onları
Şərait bitirir onları
Buna görə də elə bir cisim yoxdur ki,
Yoluna ehtiram etməsin, kəramətin qədrini bilməsin
Yola onlar ehtiram edir, kəramətin qədrini onlar bilir:
Bunu onlara hökm edən yoxdur — bu tam təbiidir
Belə ki, yol törədir onları
Kəramət bəsləyir onları,
yetişdirir onları, saxlayır onları,
bitirir onları, yetkinləşdirir onları,
gözləyir onları, qoruyur onları
Törədən və sahib olmayan
Becərən və bunu iddia etməyən
Yetişdirən və hökm etməyən
Budur ulu kəramət

五十二章

52

天下に始ありて、以て天下の母たり。旣にその母を得て、以てその子を知り、復してその母を守らば、身を沒するも殆からざるなり。その兌を塞ぎ、その門を閉づれば、身を終るとも勤れず。その兌を開き、その事を濟さば、身を終るとも救はれざるなり。小を見るを明と曰ひ、柔を守るを强と曰ふ。その光を用ふるも、その明に復歸すれば、身に殃を遺󠄃すことなし。これを襲常と謂ふなり。

Dünyanın bir başlanğıcı var
O başlanğıc - dünyanın anasıdır
Madam ki, anasından xəbərin oldu — onun uşağını daha yaxşı tanıyarsan
Madam ki, uşağını tanıdın — onun anasını daha da yaxşı gözləyərsən,
və canını üzmədən xətərsiz yaşayarsan
Tamahını kəs, nəfsinə idarə et —
Ömrünün axırına kimi yorulmazsan
Tamahına bax, iş-gücünə giriş —
Ömründə canını qurtara bilməzsən
Incəliklər görünürsə — deməli aydınlıq var
Zəriflik qorunursa — deməli qüdrət var
Bu bilikdən faydalanan, aydınlığa çıxıb,
canının dərd-bəlasını tam yox edər
Sabitliyə yiyələnməyin üsulu budur

五十三章

53

我をして介然として知どることありて、大道󠄃を行はしめんとするも、ただ施なるをこれ畏る。大道󠄃は甚だ夷かなるも、而も民は徑を好むなり。朝󠄃は甚だ除し、田は甚だ蕪れ、倉は甚だ虛し。文󠄃綵を服し、利劍を帶び、飮食󠄃に厭き、財貨󠄃は余り有り。これを盜竽と謂ふ。非道󠄃なるかな。

Əgər mən yəqin biliyin carını eşitsəydim,
Çıxardım ulu yola və
Yalnız yoldan çıxmaqdan qorxardım
Ulu yol düp-bə-düzdür,
Amma camaat cığırlarda dolanır
Saray cah-calal ilə bəzəkli
Tarlaları isə alaq basıb
Anbarlar tam boş...
Naxışlı xələtlər geymək
Iti qılıncı kəmərə asmaq
Yeyib-içməkdə, var-dövlətdə israfçılıq etmək...
Buna deyərlər — yolkəsərliklə öyünmək
Bu yəqin yol-suzluqdur!

五十四章

54

善く建󠄄つるものは抜けず、善く抱󠄃くものは脫せず。子孫は以て祭祀して輟まず。これを身に修むれば、その德は乃ち眞󠄃。これを家に修むれば、その德は餘あり。これを鄕に修むれば、その德は乃ち長し。これを國に修むれば、その德は乃ち豐かなり。これを天下に修むれば、その德は乃ち普し。故に、身を以ては身を觀、家を以ては家を觀、鄕を以ては鄕を觀、國を以って國を觀、天下を以ては天下を觀る。吾何を以て天下の然ることを知るや。これを以てなり。

Düz-əməlli qurulmuş olan kökündən qırılmaz
Düz-əməlli əhatə edən yana atıla bilməz
Buna görə gələcək nəsillərdə də qurban kəsmək ənənəsi kəsilməz
Bunu özündə yetişdirənin kəraməti doğrudur
Bunu ailəsində yetişdirənin kəraməti boldur
Bunu obasında yetişdirənin kəraməti sürəklidir
Bunu ölkəsində yetişdirənin kəraməti tükənməzdir
Bunu bütün dünyada yetişdirənin kəraməti tamdır
Buna görə özündən ötrü — özünə bax
Ailəndən ötrü — ailənə bax
Obandan ötrü — obana bax
Ölkəndən ötrü — ölkənə bax
Dünyadan ötrü — dünyaya bax
Aləmin bu qaydasını haradan bildim?
Bundan!

五十五章

55

含德の厚きは、赤子に比す。毒蟲も螫さず、猛獸も據らず、攫鳥も搏たず。骨は弱󠄃く筋は柔らかにして、而も握ることは固し。いまだ牝牡の合ふことを知らざるも、而も䘒の作るは、精の至りなり。終日號べども、而も嗌の嗄れざるは、和の至りなり。和を知るを常と曰ひ、常を知るを明と曰ひ、生を益すを祥と曰ひ、心の氣を使ふを强と曰ふ。物は壯なれば則ち老ゆ。これを不道と謂ふ。不道なれば早く已なり。

Kəraməti dolğun olan insan körpə uşağa bənzər:
Arı, əqrəb, ilanlar onu vurmaz
Yırtıcı heyvanlar onu tutmaz
Alıcı quşlar onu aparmaz
Sümükləri yumşaq, əzələləri zəif, amma tutanda bərk yapışır
Cinslərin əlaqəsindən xəbəri yox, amma ərkək gücü onda var, çünki toxumu artıq bütövdür
Bütün gün qışqırır, amma səsi batmır, çünki ahəngi bütövdür
Ahəngi duymaq — budur sabitlik
Sabitliyi duymaq — budur aydınlıq
Həyatı artırmaq — budur xoşbəxtlik
Qəlbində ruhu bəsləmək — budur qüdrət
Bir kəs yetkin olaraq üzülürsə — o Yolunda deyil
Yolunda deyilsə — demək sonuna yaxındır

五十六章

56

知る者は言はず、言ふ者は知らざるなり。その兌を塞ぎ、その門を閉ぢ、その銳を挫き、その紛を解き、その光を和げ、その塵に同じくす。これを玄同と謂ふ。故に、得て親むべからず。また得て疎んずべからず。得て利すべからず。また得て害すべからず。得て貴くすべからず。また得て賤くすべからず。故に、天下の貴となるなり。

Bilən — söyləməz
Söyləyən — bilməz
O boşluğunu ört
O qapılarını bağla
O kəskinliyini poz
O dolaşıqlığını həll et
O şəfəqini azalt
O toza bənzə
Onda deyərlər: sirrə qovuşub
Çünki
Ona çatıb ona yaxın ola bilməzsən
Ona çatıb ona özgə də ola bilməzsən
Ona çatıb ona xeyir gətirə bilməzsən
Ona çatıb ona ziyan da vura bilməzsən
Ona çatıb ona ehtiram edə bilməzsən
Ona çatıb onu təhqir də edə bilməzsən
Buna görə aləmdə o belə dəyərdir

五十七章

57

正を以ては國を治め、奇を以ては兵を用ふ。無事を以ては天下を取るなり。吾は何を以てその然るを知るや。これを以てなり。天下に忌諱を多くすれば、而も民はいよいよ貧し。民に利器を多くすれば、國家はますます昏し。人に技巧を多くすれば、奇物はますます起る。法令ますます彰かにならば、盜賊はあること多し。故に、聖人は云ふ、「我は無爲なるも、而も民は自から化す。我は靜を好むも、而も民は自から正しし。我は無事なるも、而も民は自ら富む。我は無欲なるも、而も民自ら朴なり。」と。

Düz olaraq dövləti idarə edərlər
Bic olaraq müharibələr apararlar
Biəməl olaraq aləmə yiyələnərlər
Hardan bilirəm bunu?
Ondan ki,
Ölkədə nə gədər çox şeylər qadağan edilirsə, xalq bir o gədər kasıblaşır
Camaatın mənfəət üsulları nə gədər çoxalırsa, üsyan bir o gədər yaxınlaşır
Camaatın qabiliyyəti nə gədər artırsa, bir o gədər əcaib şeylər çoxalır
Ölkədə əmr-qanunlar nə gədər çoxalırsa, oğru-quldur sayi bir o gədər artır

Buna görə Arif Aqil deyir:
Mən biəməl oluram, camaat isə öz-başına dolanır
Mən sakit oluram, camaat isə öz-başına düzəlir
Mən asudə oluram, camaat isə öz-başına dövlətlənir
Mən qərəzsiz oluram, camaat isə öz-başına səmimiləşir

五十八章

58

その政悶悶なれば、その民は醇醇たらん。その政察察たれば、その民は缺缺たらん。禍󠄃は福󠄃の倚る所󠄃にして、福󠄃は禍󠄃いの伏する所󠄃なり。孰かその極を知らんや。それ止ることなきなり。正は復すれば奇となり、善は復すれば妖となる。人の迷ふや、その日固に久し。是を以て、聖人は方なれど割かず、廉󠄃なれども劌らず、直なれども肆ならず、光あれども耀かざるなり。

Hökümət bitərəf və biganə olanda, xalq tox və ürəyiaçıq olur
Hökümət hər yerə nəzarət edəndə, xalq ac və hiyləgər olur
Bədbəxtlik — budur xoşbətliyin bünövrəsi
Xoşbəxtlik — budur bədbəxtliyin mənbəyi
Hanı bunların həddi-hüdudu?
Bunlar düzələn şey deyil
Düzlük bunlara qeyri-adi gəlir
Yaxşılıq bunlara qəribə gəlir
İnsanlar azıb-çaşıb
Özü də möhkəm və çoxdan
Buna görə Arif Aqil düp-bə-düzdür amma ülgülənməmişdir
Düzgündür amma heç kəsi incitmir
Düzqəlblidir amma özbaşınalıq etmir
Nur saçır amma göz qamaşdırmır

五十九章

59

人を治め天に事ふるには、嗇にしくはなし。それただ嗇なる、これを早復と謂ふ。早復は、これを重積德と謂ふ。重積德なれば、則ち剋せざることなし。剋せざることなければ、則ちその極を知ることなし。その極を知ることなければ、以て國を有つべし。國を有つの母は、以て長久なるべし。これを深根固蒂󠄁、長生久視󠄃之道と謂ふなり。

İsanları mı idarə edərkən, göylərə mı xidmət edərkən - əsas qənaətkarlıqdır
Bir kəs qənaətkardırsa, deməli öncədən ehtiyat görər
Öncədən ehtiyat görmək isə kəraməti toplamaq deməkdir
Kəraməti toplayan hər şeyin öhdəsindən gələr
Hər şeyin öhdəsindən gələlənin sərhədi bilinməz
Sərhədi bilinməyən Vətənini tapa biləcək
Ana Vətəninin özülünü tapan uzunömürlü ola biləcək
Budur dərin kök və möhkəm əsas
Əbədi həyatın və ölümsüzlüyün yolu

六十章

60

大國を治むるは、小鮮を烹るがごとし。道を以て天下に莅めば、その鬼も神󠄃ならず。その鬼の神󠄃ならざるのみにはあらず、その神󠄃も人を傷らず。その神󠄃も人を傷らざるのみにはあらず、聖󠄃人もまた人を傷らざるなり。それ兩ながら相傷らず。故に德は交歸するなり。

Böyük məmləkəti idarə etmək xırda balıqları bişirmək kimidir
Dövlətə Yol nəsib olsa cinnlər kəramətini göstərməz
Demək deyil ki, cinnlər kəramətini heç göstərəməz, ancaq o kəramət insanları incitməz
Demək deyil ki, o kəramət insanları heç incitəməz, ancaq Arif Aqil də onları incitməz
Bu ikisi bir-birini incitmiyəndə kəramətləri qovuşur və sakitləşir

六十一章

61

大國は下流にして、天下の交なり。天下の牝なり。牝は常に靜を以て牡に勝󠄃つ。靜を以て下ることをなすなり。故に、大國以て小國に下れば、則ち小國を取り、小國は以て大國に下れば、則ち大國を取らる。故に、或は下りて以て取り、或は下りて而も取らる。大國は人を兼󠄄ね畜はんと欲するに過ぎず。小國は入りて人に事へんと欲するに過ぎず。それ兩者は、おのおのその欲する所󠄃を得るなり。故に、大なるものは宜しく下ることをなすべし。

O dövlət böyükdür ki, ən aşağı yerdə axan çayın ayağına bənzər -
Bütün dünyanın axıb tökülən yerinə,
Bütün dünyanın dişisinə
Dişi həmişə sakit olduğuna görə erkəyə üstün gəlir
Çünki sakitlik bir növ özünü-alçaltmaqdır
Buna görə də
Böyük dövlət özünü balaca ölkənin səviyyəsinə alçaldır və balaca ölkəni alır
Balaca ölkə özünü böyük dövlətin qarşisinda alçaldır və böyük dövləti qəbul edir
Belə ki,
Biri özünü alçaldaraq alır
O biri isə özünü alçaldaraq qəbul edir
Böyük dövlət ancaq istər başqaları birləşdirib-dolandırsın
Balaca ölkə ancaq istər başqalarla birləşib xidmət etsin
Bunların ikisi də istədiklərinə çata bilsin deyə
Böyük özünü alçaltmalıdır

六十二章

62

道は萬物の奧、善人の寶、不善人の保つ所󠄃なり。美言は以て市るべく、尊行は以て人に加ふべし。人の不善なる、何の棄つることかこれあらん。故に、天子を立て、三公を置くなり。拱璧の以て駟馬に先だつことありと雖も、坐がらにしてこの道を進むには如かず。古のこの道を貴ぶ所󠄃以のものは何ぞや。求むれば以て得、罪あるも以て免󠄄ると曰はずや。故に、天下の貴となるなり。

Yol — hər bir cisimin sirli mahiyyətidir
Saf insanınki — sirrlər xəzinəsidir
Yaman insanınki — sığınacaqdır
Tərif etməklə — ticarət etmək olur
Ehtiram göstərməklə — ucalmaq olur
İnsanlarda olan yamanlığdan bəs,
Nə edib qurtula bilərsən?
Buna görə Göylər Oğlu taxta çıxsa da
Üç nazir təyin etsə də
Ən böyük xəzinə sahibi olsa da
Dörd atlı qoşum ilə getsə də belə
Dizləri üstə oturub bu yolda kamilləşənlərlə ayaqlaşa bilməz
Nə səbəbə görə bu yol qədimdən belə əziz və dəyərlidir?
Demirlər bəs: axtaran — tapar, tövbə edən — bağışlanar?
Buna görə dünyada o ali dəyərdir

六十三章

63

無爲を爲し、無事を事とし、無味を味ひ、小を大とし、少を多とし、怨に報ゆるに徳を以てす。難󠄄をその易に圖り、大をその細になす。天下の難󠄄事は必ず易より作り、天下の大事は、必ず細より作る。是を以て、聖人は終に大をなさず。故に、能くその大をなすなり。それ輕諾は必ず寡信にして、多易は必ず多難󠄄なり。是を以て、聖人すら猶ほこれを難󠄄しとす。故に、終に難󠄄きことなきなり。

Əməl biəməllilikdədir
Iş asudəlikdədir
Ləzzət dadsızlıqdadır
Böyüklük kiçiklikdədir
Çoxluğ azlıqdadır
Pisliyin haqqını kəramətlə verərlər
Yüngül məsələlərədə belə ağırlıq gərəkdir
Xırda işlərin belə böyük vacibliyini duymaq gərəkdir:
Ən ağır məsələlər yüngül məqamlardan ibarətdir
Ən böyük işlər isə xırda incəliklərdən asılıdır
Buna görə, Arif Aqil böyük işlərlə məşğul olmadan həqiqətən böyük iş görür
Asanlıqla vəd verən etibar qazanmaz
İşi çox asan bilən çoxlu çətinliklərlə üzləşər
Buna görə Arif Aqil hər işi çətin bilir və heç çətinlik çəkmir

六十四章

64

その安きは持し易く、その未だ兆さざるは謀り易く、その脆きは破り易く、その微なるは散じ易し。これを未だ有らざるになし、これを未だ亂れざるに治む。合抱の木も、毫末より生じ、九層󠄃の臺も、累土より起り、千里の行も、足下より始まるなり。爲す者はこれを敗り、執る者はこれを失ふ。聖人は爲すことなし。故に敗るることなし。執ることなし。故に、失ふこと無し。民の事に從ふや、常にほとんど成らんとするに於て、これを敗る。終を愼しむこと始の如くなれば、則ち敗るることなきなり。是を以て、聖人は欲せざるを欲して、得難きの貨を貴ばず。學ばざるを學びて、衆人の過ぐる所に復にし、以て萬物の自然を輔けて、敢て爲さざるなり。

Rahat duranı saxlamaq asandır
Hələlik meydana çıxmayanı düzəltmək asandır
Kövrək olanı qırmaq asandır
Xırda olanı səpələmək asandır
İşini o yerdə gör ki, hələ bir şey meydana çıxmayıb
Qaydanı o yerdə qoy ki, hələ bir nasazlıq yoxdur
Gövdəsi bir qucum olan ağac xırdaca bir zoğdan başlayır
Hündürlüyü doqquz qat olan qala bir kəsək torpaqdan başlayır
Min ağac uzunluğunda belə olan yol bir addımdan başlayır
Fəal məşğul olan — zərər çəkəryetirər
Tutub saxlayan — itirər
Buna görə də Arif Aqil biəməldir və zərər çəkmiryetirmir
Heç bir şeyi tutub saxlamır və heç itirmir
Çox vaxt insanlar bir işi həvəslə başlayır
lakin axırına az qalmış müvəffəqiyyətsizlik ilə rastlaşırlar
Onlar o vaxt müvəffəqiyyət tapar ki,
işin həm əvvəlində həm də axırında diqqətli və ehtiyatlı olar
Buna görə də Arif Aqilin yeganə istəyi — istəklərin olmamasıdır
və o çətinliklə tapılan əşyaları dəyərli hesab etmir
O digərlər öyrənmədiklərini öyrənir
və digərlər yan keçdiklərinə diqqət edir
Beləliklə, o hər şeyin təbii ozül-özəyinə riayət edir
və təsir göstərməyə ehtiyat edir

六十五章

65

古の善く道を爲むる者は、以て民を明かにするにはあらず。將に以てこれを愚にせんとするなり。民の治め難きは、その智の多きを以てなり。智を以て國を治むるは、國の賊なり。智を以て國を治めざるは、國の福󠄃なり。この兩者を知るは、また楷式なり。常に楷式を知るは、これを玄德と謂ふ。玄德は深し遠し。物とは反せり。乃ち大順に至るなり。

Qədim zəmanənin yol ustadlarının niyyəti
İnsanları maarifləndirmək deyil -
Onları sadə və ürəyiaçıq etmək idi
İnsanların məlumatı çox olanda onları idarə etmək çətindir
Buna görə də,
Ölkəni çoxlu məlumat vasitəsi ilə idarə edən — ölkənin oğrusudur
Ölkəni çoxlu məlumat işlətmədən idarə edən — ölkənin xoş bəxtidir
Bunların ikisini də anlayan qayda-qanunu duyar
Qayda-qanunu daima anlamaq qabiliyyətinə kəramət deyərlər
O kəramət nəcə də dərindir, necə də uzaqlara yayılır!
Onun bütün cisimlərə qarşı olduğuna baxmayaraq
Onlar ona təslim olur və böyük ahəng tapır

六十六章

66

江海󠄃のよく百谷の王たる所󠄃以のものは、そのよくこれに下るを以てなり。故に、よく百谷の王となるなり。是を以て、聖人は民に上たらんと欲せば、必ず言を以てこれに下り、民に先だたんと欲せば、必ず身を以てこれに後るるなり。是を以て聖人は、聖人は上に處るも、而も民は重しとせず、前に處るも、而も民は害とせざるなり。是を以て、天下は推すことを樂しみて、而も厭はず。その爭はざるを以ての故に、天下はよくこれと爭うことなきなり。

Çay və dəniz ona görə dağlardan yüzlərlə axan sellərin ağasıdır ki,
Yerləri əcəb aşağıdır — ona görə dağlardan yüzlərlə axan sellərin ağasıdır
Buna görə Arif Aqil
İnsanlardan üstün olmaq istəsə — böyük-böyük danışmamalıdır
İnsanların öndəri olmaq istəsə — özünü axırıncı hesab etməlidir
Onda,
Arif Aqil insanların üstündə olsa da belə — onlara ağır olmaz
Arif Aqil insanların önündə getsə də belə — onlara ağır gəlməz
Buna görə də, hamı ona hörmət etməyə şaddır və bundan çəkinmir
O mübahisə etmir, buna görə də dünyada onun rəqibi yoxdur

六十七章

67

天下はみな我を大なれども不肖󠄃に似たりと謂ふも、それただ大なるが故に、不肖󠄃に似たるなり。もし肖󠄃ならば、久しきかなその細なること。我に三寶あり。寶としてこれを持す。一に曰く〔ママ〕慈。二に曰く、儉。三に曰く、敢て天下の先とならざること。慈なるが故に、よく勇なり。儉なるが故に、よく廣し。敢て天下の先とならざるが故に、よく成器󠄃の長たり。今は慈を捨󠄃ててまさに勇ならんとし、儉を捨󠄃ててまさに廣からんとし、後たることを捨󠄃ててまさに先たらんとす。死なるかな。それ慈は以て戰へば則ち勝ち、以て守れば則ち固し。天はまさにこれを救ひ、慈を以てこれを衞らんとす。

Hamı deyir ki, yolum böyükdür, amma onun elə bil faydası yoxdur
Aydın məsələdir — böyükdür, ona görə də faydası yoxdur
Faydası bəlli olsaydı — çoxdan üzülərdi!
Üç sərvət-dəyərim var — onları saxlayıb qoruyuram
Birincisi — eşqi-nəzakət
İkincisi — qənaət
Üçüncüsü — hamıdan birinci olmağa cürət etməməyim
Eşqi-nəzakəti olanın cəsarəti də olar
Qənaəti olanın səxavəti də olar
Hamıdan birinci olmağa cürət etməyən — ustad olar, hörmət qazanar
İndiki camaat eşqi-nəzakəti buraxıb cəsarətli olmaq istəyir
Qənaəti buraxıb səxavətli olmaq istəyir
Arxa olmağı buraxıb öndə olmaq istəyir
Ölərsiniz axı!
Eşqi-nəzakətli bir kəs
Hücumda da qalib gəlir
Müdafiədə də tükənməzdir
Göylərin qəyyumluğu altinda
Onu eşqi-nəzakət qoruyur

六十八章

68

善く士たる者󠄃は、武からず。善く戰ふ者󠄃は、怒らず。善く敵に勝󠄃つ者󠄃は、爭はず。善く人を用ふる者󠄃は、下となる。是を爭はざるの徳と謂ふ、是を人を用ふるの力と謂ふ、是を天に配すと謂ふ。古の極なり。

Layiqli vəzifə sahibi lotuluq etməz
Döyüşü əslən bacaran hirslənməz
Düşmənə qalib gəlməyin yolunu bilən onunla kəllə-kəlləyə gəlməz
İnsanları məharətlə idarə edə bilən öz işini başını aşağa salıb görər
Budur danılmaz olanın kəraməti,
Budur insanları idarə edə bilənin qüvvəsi
Qədimdə belə insanlara deyərdirlər “Qütb”, “Göylərin tayı”

六十九章

69

兵を用ふるに言へることあり。吾は敢て主とならずして、而も客となり、敢て寸を進めずして、而も尺を退くと。是を行くに行なく、攘ぐるに臂なく、扔くに敵なく、執るに兵なしと謂ふ。禍は敵を輕んずるより大なるはなし。敵を輕んずるは、吾が寶を喪ふに幾し。故に、兵を抗げて相加ふるに、哀む者は勝つなり。

Mahir sərkərdələr belə deyir:
“Vəziyyətin yiyəsi (hücum edən) olmağa cürət etmərəm
qonaq (müdafiə edən) olsam ondan yaxşıdır
Xırdaca olsa da irəlləməyə cürət etmərəm
Bir addım geri çəkilsəm ondan yaxşıdır.”
Buna deyərlər
İrəlləmədən irəlləmək
Əlsiz tutub-saxlamaq
Düşmən olmayan yerdə onu yıxmaq
Ordu işlətmədən onu mühasirəyə almaq
Ən böyük fəlakət — rəqibə nifrət edib ona düz qiymət verməməkdir
Rəqibinə nifrət edən mənim sərvət-dəyərlərimi məhv edib itirir
Buna görə
Ordular döyüşə hazır halda üz-üzə qarşılaşırsa
Yalnız o anın matəmini duyan qalıb gəlir

七十章

70

吾が言ふことは、甚だ知りやすく、甚だ行ひやすきに、天下よく知ることなく、よく行ふことなし。言には宗あり。事には君あり。それただ無知なり。是を以て、我を知らざるなり。我を知るもの希なれば、則ち我は貴し。是を以て、聖人は褐󠄃を被るも玉を懷くなり。

Mənim sözlərimi anlamaq da asandır
Onlara əməl etmək də asandır
Lakin heç kəs anlaya bilmir
Bir kəs də əməl edə bilmir
Sözlərimin kökü dərindir
Əməllərimin hakimi vahiddir
Bunları anlamadığlarına görə məni də anlamır onlar
Anlayan tək-tükdür deyə biliklərim dəyərlidir
Arif Aqil cındıra bürünüb qoynunda bahalı qaş gəzdirənə bənzər

七十一章

71

知りて知らずとするは上にして、知らずして知るとするは病なり。それただ病を病とす。是を以て、病ならず。聖人の病ならざるは、その病を病とするを以てなり。是を以て、病ならず。

Bilmədiyini dərk edən — alidir
Bildiyini anlamayan — xarabdır
Yalnız xarab olmaqdan artıq bezən bir kəs
Bu naxoşluğa nifrət edər, bu dərdi rədd edər
Arif Aqilin dərdisəri, naxoşluğu olmur
Cünki onun xarablaşması xarab olubdur
Və buna görə də o xarab olmur artıq

七十二章

72

民威を畏れざれば、大威は至らん。その居るところを狹しとすることなかれ。その生とするところを厭ふことなかれ。それただ厭はず。是を以て、厭はざるなり。是を以て、聖人は自から知れるも、自からを見はさず。自から愛するも、自からを貴しとせざるなり。故に、彼を去りて此を取る。

Hakimiyyət ixtiyarının həddini aşanda
insanlar ondan daha qorxmur
Evlərinin içinə burnunu soxma
Onların doğmalarına ziyan yetirmə
Çünki, insana ziyan yetirməzsən
O da ziyan yetirənlərdən olmaz
Buna görə,
Arif Aqil özünü göstərmir — özünü dərk edir
Özünə qiymət qoymur — özünə hörmət edir
Beləliklə birini rədd edib o birinə nail olur

七十三章

73

敢に勇なれば則ち殺。不敢に勇なれば則ち活。この兩者は、或は利にして、或は害なり。天の惡む所󠄃、孰かその故を知らんや。是を以て、聖人も猶󠄄ほこれを難しとするがごとし。天の道は、爭はずざるも、而も善く勝ち、言はざるも、而も善く應じ、召かざるも、而も自ら來り、繟然たるも、而も善く謀るなり。天網は恢恢なれば、疎なるも而も失はざるなり。

Cəsarətini cürət etməyə yönəldən — öldürər
Cəsarətini cürət etməməyə yönəldən — yaşayar
Bunların ikisidə gah xeyirdir, gah ziyan
Göylər qəzəblənəndə — kim bilər səbəbi nə?
Bu məsələdə Arif Aqil də çətinlik çəkir
Göylərin yolu budur:
Heç mübahisə də etmir, amma əcəb qalib gəlir
Heç dinmir də, amma əcəb cavab verir
Heç dəvət etmir, amma hər şey özü qayıdır
Necə də səxavətlidir ki, hər kəsin qisməti var
Göylərin toru hədsiz-hüdudsuzdur
Geniş gözlüdür, lakin bir kəsi qaçırtmaz

七十四章

74

民死を畏れざれば、奈何してか、死を以てこれを懼さんや。若し民をして常に死を畏れしめ、而して奇をなす者を、吾執つて殺すことを得ば、孰か敢てせんや。常に殺を司るものありて殺す。それ殺を司どるものに代つて殺すことを、これを大匠に代つて斲ると謂ふなり。それ大匠に代つて斲るものは、手を傷らざることあること希し。

İnsanlar ölümdən qorxmur əgər
Neyniyəsən ki — ölüm ilə qorxudasan onları?
Təsəvvür edək, insanlar daima ölümdən qorxur
Çünki mən təsadüfi insanları həbs edib öldürürəm
Lakin bunu etməyə kim cürət edər ki?
Qaydası ilə, insanları öldürən Ölüm Hökmdarıdır
Ölüm Hökmdarı isə çapmağın ulu ustasıdır
Çapmağın ulu ustasını əvəz etmək istəyən isə
Çətin ola bilsin ki, öz əllərini yarmasın

七十五章

75

民の饑ゆるは、その上の稅を食むことの多きを以て、是を以て饑ゆるなり。民の治め難きは、その上の爲すことあるを以て、是を以て治め難きなり。民の死を輕んずるは、その生を求むることの厚きを以て、是を以て死を輕んずなり。それ惟生を以て爲すこと無きものは、これ生を貴ぶより賢れり。

Millət acdırsa, deməli onun başçıları ərzaq vergisini qaldırıb —
Budur aclıq
Milləti nizama gətirmək çətindirsə, deməli onun başçıları çoxlu vəd verir —
Budur idarəetmənin çətinliyi
Millət ölümə etina etmirsə, deməli tamamilə çörəkpulu qazanmağa həsr edib özünü —
Budur ölümə etina etməmək
Buna görə müdrük ol!
Dolanışı hər şeydən yüksək tutmaqdan isə
Tamamilə çörəkpulusuz qalmaq yaxşıdır

七十六章

76

人の生まるるや柔弱󠄃にして、その死するや堅强なり。萬物草木の生ずるや柔脆にして、その死するや枯槁す。故に、堅强なるものは、死の徒にして、柔弱󠄃なるものは、生の徒なり。是を以て、兵强ければ則ち勝たず。木强ければ則ち共せらる。强大は下に處り、柔弱󠄃は上に處るなり。

İnsan doğulanda yumşaq və incədir
Öləndə isə bərk və möhkəm olur
Min cür cisim — bitkilər belə — yaşadıqca yumşaq və kövrəkdir
Öləndə isə qurumuş və solmuş olur
Buna görə, güc və sərtlik ölümün yoldaşlarıdır
Yumşaqlıq və incəlik isə — həyatın yoldaşlarıdır
Ordusunun gücünə güvənən qalib gəlməz
Möhkəm ağacın taxtası da hamıya lazım
Möhkəm və böyük olan alçalır
Yumşaq və incə isə — yüksəlir

七十七章

77

天の道は、それ猶󠄄ほ弓を張るが如きか。高きものはこれを抑へ、下きものはこれを擧げて、餘りあるものはこれを損じ、足らざるものはこれを補ふなり。天の道は、餘りあるを損じて、而も足ざるを補ふも、人の道は、則ち然らず。足らざるを損じて、以て餘りあるに奉ずるなり。孰か能く餘りありて、以て天下に奉ぜんや。ただ有道者なり。是を以て、聖人は爲すも恃まず。功成るも處らず。そは賢を見すこと欲せざるなり。

Göylər yolu yaya çəkilmiş ipə bənzər:
Yuxarıdakı ucunu aşağı endirir
Aşağıdakını isə yuxarı qaldırır
Artıq olan yerdə azaldar
Kəsir olan yerdə artırar
Göylər yolu —
artığın üstündən almaq və kəsirin üstünə gəlməkdir
İnsanların yolu isə əksinə —
Qıtliğı olandan alıb, artığı olana bəxşiş etməkdir
Artığlığını bütün dünyaya bəxş etməyi kim bacarar?
Ancaq yol adamı
Buna görə Arif Aqil
Nə etsə də yapdığından yapışmır
Şərəfi-nailiyyətində əylənmir
Məharətini gözə çarpdırmaq istəmir

七十八章

78

天下の柔弱󠄃は、水に過ぐるはなし。而して堅强を攻むるものにして、これに能く勝ることなきは、その以てこれに易ふることなきを以てなり。弱󠄃の强に勝ち、柔の剛に勝つことは、天下に知らざる(もの)なきも、能く行ふ(もの)なし。故に、聖人は云へり、國の垢を受くる、これを社󠄃稷の主と謂ひ、國の不祥󠄃を受くる、これを天下の王と謂ふと。正言は反するがごとし。

Dünyada su qədər yumşaq və üzüyola olan bir şey yoxdur
Amma bərk və möhkəm bir şeyi oymaqda da onun bərabəri yox
O yenilməzdir!
Yumşaqlıq bərkliyə qalib gələr
Üzüyola olan inadkara qalıb gələr
Dünyada bunu bilməyən yoxdur
Amma buna əməl edən də yoxdur
Buna görə Arif Aqil buyurur ki,
Vətəninin çirkini alana “dövlətin ağası” deyərlər
Ölkənin qadasını alana “dünyanın hakimi” deyərlər
Doğru kəlmə ziddiyətə bənzər

七十九章

79

大怨を和するも、必ず餘怨あり。安んぞ以て善となすべけんや。是を以て、聖人は左契を執つて、而も人を責めず。有德は契を司どり、〔ママ〕無德は徹を司どる。天道には親なし。常に善人に與す。

Saziş yaman işdir — nəticədə kiminsə acığı qalsa əgər
Əmin-amanlıq olsun deyə bu işdə məharət gərəkdir
Buna görə Arif Aqil sazişin öz tərəfini güdür
Və digər tərəfin öhdəliklərini tələb etmir
Kəramətli insan sazişi gözləyər
Kəramətsiz insan — toplayacağını
Göylər yolu bitərəfdir
Lakin mahir insan üçün hər zaman açıqdır

八十章

80

小國にして寡民。什伯の器󠄃あるも、而も用ひざらしめ、民をして死を重んじて、而も遠く徙らず、舟轝有りと雖も、これに乘る所なく、甲兵ありと雖も、これを陳する所なからしめ、民をして復繩を結びて、これを用ひ、その食を甘しとし、その服を美なりとし、その居に安しとし、その俗を樂しみとし、鄰國相望み、雞狗の聲相聞こゆるも、民は老死に至るまで相往來せざらしめん。

Yaxşısı - xırda kənd, kiçik əhali
Qoy min cür cihaz olsun — onları işlətməyə ehtiac olmaz
Qoy camaat ölümə ciddi yanaşsın — dünyasını dəyişməkdən çəkinən olmaz
Qayiğ-araba olsa da — minib gedən olmaz
Yaraq-əsləhə olsa da — qeyib göstərən olmaz
Qoy camaat yenidən qayıtsın ip düyünlərinə — yazı əvəzinə onları işlətsin
Həyatları ilə razı olarlar
Pay-qismətləri ilə qane olarlar
Ocaqları salamat olar
Adətləri səadət olar
Kənd qonşuları bir-birini görər
İt-xoruz bir-birini eşidər
İnsanlar qocalıb rəhmətə gedər
Və heç kəsin onlarla işləri olmaz

八十一章

81

信言は美ならず。美言は信ならず。善者󠄃は辯ならず。辯者󠄃は善ならず。知者󠄃は博󠄄からず。博󠄄き者󠄃は知らず。聖人は積まず。旣く以て人のためにして、己はいよいよ有す。旣く以て人に與へて、己はいよいよ多し。天の道は、利して害せず。聖人の道は、爲して爭はざるなり。

Düz söz xoş olmaz
Xoş söz düz olmaz
Bilən bəhs etməz
Bəhs edən bilməz
Bacaran çox bilməz
Çox bilən bacarmaz
Arif Aqil sursat yiğmır
Başqalara qulluq etdiyi qədər malik olur
Başqalarla bölüşdüyü qədər əldə edir
Göylər Yolu — xeyir gətirmək və zərər yetirməməkdir
Arif Aqilin yolu — qulluq etmək və çəkişməməkdir