老子道徳経 / Tao Te Çinq — w językach japońskim i azerbejdżańskim

Japońsko-azerbejdżańska dwujęzyczna książka

老子

老子道徳経

Lao-tszı

Tao Te Çinq

一章

1

道の道ふべきは常道にはあらず。名の名づくべきは常名にはあらず。無は天地の始めと名づくべく、有は萬物の母と名づくべきなり。故に、常無にして以てその妙を觀んと欲し、常有にして以てその徼を觀んと欲せよ。この兩者は同じきも、出でては名を異にするなり。同なるこれを玄と謂ふも、玄のまた玄にして、衆妙の門なり。

Yolun istiqaməti müəyyəndirsə — o haqq yolu deyil
Ad səsləndirilə bilərsə — o əbədi ad deyil
Göyün və yerin atası — adsızdır
Ad sahibi — saysız-hesabsız cisimlərin anasıdır
Ehtirassız halda onun ecazkar sirrini duyarsan
Ehtiraslarla dolu olaraq — onun izhar səthini görərsən
Biri və başqası — adları fərqli, həqiqi mahiyyətləri eynidir
Birgə onlara Sirr Dəryası deyərlər
Dəryanın dibində birindən başqasına keçid var —
O sirrin zərif möcüzələrinə aparan qapıdır

二章

2

天下はみな美の美たることを知るも、これ惡なるのみ。みな善の善たることを知るも、これ不善なるのみ。故に、有無は相生じ、難易は相成り、長短は相形はれ、高下は相傾き、音聲は相和し、前後は相隨ふなり。是を以て、聖人は無爲の事に處り、不言の敎を行ふ。萬物は作るも辭せず。生ずるも有せず。爲すも恃まず。功成るも居らず。それ惟居らず。是を以て去らざるなり。

Hamı gözəlliyin gözəlliyini dərk edib — buna görə də eybəcərlik peyda oldu
Hamı xeyrin xeyirli olduğunu dərk edib — buna görə də şər peyda oldu
Ona görə də
Varlıq ilə yoxluq bir-birini törədir
Çətin və asan biri-birinə gətirib çıxarır
Uzun və qısa biri-birlə tutuşdurulur
Hündür və alçaq bir-birini təyin edir
Səslər bir-birlə həmahəng olur
Əvvəl və axır bir-birini növbələyir
Buna görə Arif Aqil iş görəndə biəməldir, öyüd verəndə dinməzdir
Məşğul olduqda iştirak etmir
Yaratdığına yiyəlik etmir
Hərəkətdə cəhd etmir
Zəhmətini yönəltmir məqsədə
Nəticələrlə vaxtını itirmir fəxr edə
Buna görə də ruhu tükənməzdir

三章

3

賢を尙ばざれば、民をして爭はざらしめ、得がたきの貨を貴ばざれば、民をして盗たらざらしめ、欲すべきを見さざれば、心をして亂れざらしむるなり。是を以て、聖人の治むるや、その心を虛にし、その腹を實にし、その志を弱にし、その骨を强にし、常に民をして知なく、欲なからしめ、かの知者をして敢てなさざらしむるなり。無爲をなさば治まらざるなし。

Qabiliyyətlilər sayılmazsa — eldə mübahisə və rəqabət olmaz.
Cavahiratın dəyəri olmazsa — eldə oğruluq olmaz.
Ehtiras doğuran şeylər görünməzsə - qəlblər çaxnaşmaz.
Buna görə Arif Aqilin qaydası budur ki,
Ürək boş olmalı, qarın isə dolu;
Şövq olmalı zəif, özək isə möhkəm.
İstək az olmalı — naşükürlük olmasın,
Bilik az olmalı — narahatçılıq olmasın.
Biliyi çox olanlar isə fəaliyyətdən kənar qalmalıdır, çünki
Biəməllik ahəng eylər.

四章

4

道は冲にしてこれを用ふるも、或は盈ず。淵乎として万物の宗に似たり。その鋭を挫き、その紛を解き、その光を和げ、その塵に同うし、湛乎として或は存するに似たり。吾は誰の子たるかを知らず。帝の先に象たり。

Yolunun içi yox, lakin bu üzdən hər bir şey var və varlığını aşmır
Onun səthi yox — ülgünün tiyə xətti kimi incə və zərifdir — lakin özü bütün səthlərin səbəbidir
Dəryalar Dəryasından də dərin — o bütün varlıqların ulu cəddinə bənzər
Kəskinliyini azalt
Şəfəqini boğ
Xüsusiyyətlərini tarazla
Necə də sakit və aydındır o ali yol!
Bilmirəm nədən əmələ gəlib, bilirəm ki ululardan da uludur

五章

5

天地は不仁ならんや、萬物を以て芻狗となすほどに。聖人は不仁ならんや、百姓を以て芻狗となすほどに。天地の間は、それ猶ほ槖籥のごときか。虚にして屈せず。動けばいよいよ出づ。多言なればしばしば窮すれば、中を守るにはしかず。

Yernən göyün şəfqəti yox — onlar üçün hər bir varlıq elə bil səmənidir
Arif Aqilin şəfqəti yox — onun üçün hər bir adam elə bil səmənidir
Yernən göyün arası körüyə bənzəmirmi?
Boşluğu da xeyir, boşalması da...
Neyə bənzəmirmi?
Boş içi hərəkətə gələndə nələr doğur...
Çoxlu söz yorar
Həddini bilmək yaxşı

六章

6

谷神は死せず。これを玄牝と謂ふ。玄牝の門、これを天地の根と謂ふ。綿綿として存するがごとくして、これを用ふるも勤れず。

Dərənin (vadi) ruhu ölməzdir — əsrarəngiz Ulu Ana
O — zülmətdən aydınlığa, “ola bilər”-dən “var”-a aparan qapıdır
Yernən göyün ən dərin kökü ondan doğur
Görsənməyən o dönməyi əbədi davam edir
Sevgisi, ehmalı isə tükənməzdir

七章

7

天は長く地は久し。天地のよく長く且つ久しき所以のものは、その自ら生ぜざるを以てなり。故によく長生す。是を以て、聖人はその身を後にするも而も身は先だち、その身を外にするも而も身の存するは、その無私なるを以てにあらずや。故に、よくその私をなすなり。

Yernən göyün ömrü uzundur
Yernən göy özləri üçün yaşamırlar
yalnız bunun üçün də ömürləri o qədər uzundur
Arif Aqil hamıya yol verir, bunun üçün də hamıdan öndədir
Öz qeydinə qalmır, buna görə də salamatdır
Özünə qarşı deyil mi onun bu yanaşması?
Əksinə, keyfiyyətlərin bütövlüyünə çatmağın yolu budur!

八章

8

上善は水のごとし。水はよく万物を利して爭はず、衆人の悪む所に處る。故に道に幾し。居は善地、心は善淵、與すれば善仁、言へば善信、政は善治、事は善能、動けば善時なり。それたゞ爭はず、故に尤なし。

Su bir örnəkdir kəramətin
Bütün məxluqlara xeyir gətirər
Heç mübarizə etməz, özü üçün ən alçaq yer axtar
Onun bu qaydası yola bənzər
Evin məziyyəti yaxşı yerdə durmaqdadır
Qəlbin — niyyətin dərinliyindədir
Ünsiyyətlərin — insanlıqdadır
Sözlərin — ixlasdadır
Hökmün — xeyri-nizamdadır
İşin — məharətdə
Hərəkətin — vaxtı-vaxtında olduğundadır
Özünü suya bənzədən yanlışlıq etməz

九章

9

持してこれを盈たさんよりは、その已むにしかず。揣つてこれを銳くすれば、長く保つべからず。金玉堂に滿つるも、これを能く守ることなし。富貴にして驕れば、自からその咎を遺さん。功成り名遂げて身退くは、天の道なる載。

Qabı ağzına kimi doldursan — aparanda dağılacaq
Qab sızırsa — onu doldurmaqdansa qoy boşalsın
Bizin itiliyini dəqiqədə bir yoxlasan — kütləşər
Həddindən çox itiləsən — yeyilər, yoxa çıxar
Hədsiz var-dövləti qorumaq mümkün deyil
Rifahı ilə çox öyünənə salamat qalmaq mümkün deyil
İşini bitirib kənara çəkilmək — yolu budur

十章

10

營魄一を抱きて、よく離るゝことなからんか。気を専らにし柔を致して、よく嬰児の如くならんか。滌除玄覽して、よく疵なからんか。民を愛し国を治むるには、よく無爲なからんか。天門開闔して、よく雌たらんか。明白四達して、よく無知ならんか。これを生じこれを畜ふ。生ずるも有せず、爲すも恃まず。長ずるも宰せず。これを玄德と謂ふ。

Axını düzümdən ayırd etməmiş vəhdətini tapmaq mümkündürmü?
Nəfəsi an-layib ruhun ali zərifliyinə nail olmaqla körpənin halına çatmaq mümkündürmü?
Seyrin güzgüsünü saf edib qüsursuz olmaq mümkündürmü?
Bir fənd işlətməmiş sevdiyinə yol göstərmək mümkündürmü?
Ana kimi sevərək göyün qapılarını ehtirassız açmaq və bağlamaq, həyatı nəfəs kimi aramla alıb və vermək mümkündürmü?
Aləmin dörd yanını da dərk edib biəməl qalmaq mümkündürmü?
Həm doğmaq, həm yetişdirmək
Yaratdığına malik olmamaq
Qət etdiyini iddia etməmək
Hökm etdiyinə nəzarət etməmək
Budur kəramətin əsl qüvvəsi

十一章

11

三十輻は一轂をともにす。その無なるに當つて、車の用あり。埴を埏して以て器をなす。その無なるに當つて、器の用あり。戸牖を鑿つて以て室となす。その無なるに當つて、室の用あり。故に、有の以て利たるは、無の以て用をなす(が故)なり。

Otuz dəndə birləşib təkərdə, lakin
Ortası deşik olmazsa əgər — təkərin xeyri olmaz ki
Gildən yapırlar qabı, lakin
İçi boş olmazsa əgər — qabın xeyri olmaz ki
Evi tikəndə divar içində açırlar qapı-baca, həm də
Divarların arasını saxlamazsan əgər boş — evin xeyri olmaz ki
Onun üçün də
Varlıq yalnız hüdududur yoxluğun
Hər bir şeyin əsl dəyəri - onun içidir

十二章

12

五色は人の目をして盲ならしめ、五音は人の耳をして聾ならしめ、五味は人の口をして爽ならしめ、馳騁田獵は、人の心をして發狂せしめ、得がたきの貨は、人の行をしてを妨はしむ。是を以て、聖人は腹をなして目をなさず。故に、彼を去りて此を取るなり。

Rənglər çoxluğu gözü kor edər
Səslər çoxluğu qulağı kar edər
Dadlar çoxluğu tamın şitini çıxardar
Ov və cıdır qəlbi küt edər
Cavahirat arzusu azğınlıq gətirər
Buna görə də Arif Aqil zahiri ilə yox — daxili ilə məşğuldur
Birindən imtina edərək başqasına nail olmaq mümkündür!

十三章

13

寵は辱なり驚くが如し。貴は大患なり身のごとし。何をか竈〔ママ〕は辱なり驚くがごとしと謂ふ。寵を上たり、辱を下たるも、これを得るに驚くがごとく、これを失ふにも驚くがごとし。これを寵は辱なり、驚くがごとしと謂ふ。何をか貴は大患なり身のごとしと謂ふ。吾に大患ある所以は、吾が身を有するがためなり。吾に身なきに及んで、吾に何の患かあらん。故に、貴ぶには身を以てして、天下を爲むる者には、則ち以て天下を寄すべし。愛するには身を以てして、天下を爲むる者には、則ち以て天下を託すべし。

Şərəf, rüsvay — bir lərzədir bunlar
Ad-san — bir bəladır həyatda
Niyə şərəf də rüsvay da bir lərzədir?
Çünki onlardan asılı olursan:
Şərəfi qorxursan ki qazanmazsan,
Qazandın da — qorxursan ki itirərsən.
Buna görə şərəf və rüsvay — bir lərzədir
Niyə bəs ad-san bir bəladır?
Çünki bədəndə olduğumuzdan özümüzün üstündə yaman əsirik
Özümüzü əsirgəməsək nə bəlamız ola bilir ki?
Bu üzdən:
Bəşəriyyətə xidmətdə özünü əsirgəməyənə bəşəriyyət də güvənər
Yaşadığı torpağı öz bədənini sevdiyi kimi sevən bir kəs yerdə bərk durar

十四章

14

これを視れども見えず、名づけて夷と曰ふ。これを聽けども聞えず、名づけて希と曰ふ。これを搏へんとするも得ず、名づけて微と曰ふ。その三つの者は、以て致詰すべからず。故に混じて一となす。その上は皦かならず。その下は昧からず。縄縄兮として名づくべからずして、無物に復歸す。これを無狀の狀、無物の象と謂ふ。これを惚恍と謂ふ。これを迎ふるもその首を見ず。これに隨ふもその後を見ず。古の道をとりて、以て今の有を御し、よく古始を知る。これを道紀と謂ふ。

Görmək tək baxmaq deyil — daxilən dinc olub ətrafa qovuşmaq deməkdir
Eşitmək tək qulaq asmaq deyil — daxilən sakit və boş qalmaq deməkdir
Mənimsəmək tək ani anlamaq deyil — zərrə bə zərrə, elə bil özündən gizlin, dərk edib qəbul etmək deməkdir
Bu üç qaydanın nəticəsi onların kökü ilə birdir — vahiddir
Nədir ki o vahid həqiqət?
Zirvəsi nur tanımır
Dibi deyil zülmət
Sezilməz hərəkəti, lakin ani olsa da belə dayanmır əbədi
Adlanılmazdır və hər an yenə də yoxluğa qayıdır
Buna deyərəm: formasızlıq forması, vücudsuz vücud
Bu surətə deyərəm: mübhəm və qeyri müəyyən
Rastlaşıram onunla, lakin üzünü görmürəm
Təqib edirəm — lakin arxasını görmürəm
Qədim bu yoldan bərk tutsan
Gərçəyin açarsan tam sirrini
Varlığın duyarsan mənbəyini
Buna deyərlər yolun özülü

十五章

15

古の善く士たる者は、微妙玄通、深くして識るべからず。それただ識るべからず。故に强ひてこれが容をなさば、豫兮として冬に川を渉るがごとく、猶兮として四隣を畏るゝがごとく、儼兮としてそれ客たるが如く、渙兮として冰のまさに釈けんとするがごとく、敦兮としてそれ樸のごとく、曠兮としてそれ谷の若く、混兮としてそれ濁るがごとし。孰かよく濁りて、以て静かにして徐に清からん。孰かよく安んじて、以て動きて徐に生ぜん。この道を保つ者は、盈つることを欲せず。それただ盈たず。故によく敝れて新たに成さず。

Yol əhli-nin qədim ustadları elə incə və zərif ərəfələrə çatmışdır ki
Onların bildiklərinin dərinliyi başqaları üçün qaranlıq — bilinməz idi
Daxili bilinməzdirsə — zahirinin təsviri ilə eyham edərəm:
Qışda çayı keçənlər kimi — diqqətli
Dörd yandan təhlükə ilə dövrələnmişlər kimi — ehtiyatlı
Evin sahibi ilə üzləşən qonaq kimi — təmkinli, ədəb-ərkanlı
Yazda gölün üzündə əriyib-gedən buz kimi — görkəmsiz
İşlənməmiş girdin kimi — sadə
Vadi kimi — açıq
Sel suyu kimi — tutqun
Tutqun idilər, lakin sükutları ilə aydınlıq gətirərdilər
Biəməl idilər, lakin əbədi dövranı yönərək həyatı bəsləyərdilər
Bu yolu qorumaqla kifayətlənərdilər — əlavə istəməzdilər və etməzdirlər.
Elə qorunan köhnələr, amma üzülməz.

十六章

16

虛を致すこと極まり、靜を守ること篤ければ、萬物ならび作るも、吾は以て復を觀る。それ物は芸芸たるも、おのおのその根に歸す。根に歸するを靜と曰ひ、是を命に復すと謂ひ、命に復するを常と曰ひ、常を知るを明と曰ふ。常を知らざれば、妄作して凶なり。常を知れば容。容なれば乃ち公。公なれば乃ち王。王なれば乃ち天。天なれば乃ち道。道なれば乃ち久しくして、身を没するも殆からざるなり。

İçim tam boş, tam asudə olaraq
Edirəm səy, bu sükutu səbatla qoruyuram
Hər şey özü dövran edir — bitir, çiçəklənir,
Toxum atır və qayıdır kökünə
O heç nəyə qayıdışı mən seyr edirəm
Qismətdir hər şeyə o qayıdış sükuta
O əbədi dövran sabitdir, daimidir
Bunu bilən — tapar ziya, aydınlığa çıxar
Bilməzsə — budur şər — çapalayar çılğınca
Dərk et — o son mənzil sirrlər xəzinəsidir
Göyün özü hökmdarı onun — səxavətlidir
Ora gedən də yol — göylər yoludur — haqq yoludur
Yolun da ki nə bədəni var nə də ki nəfsi
Demək o dövrandan kənardır — əbədidir

十七章

17

太上には、下これあることを知らず。その次には、これに親しみこれを譽む。その次には、これを畏れ、その次には、これを侮る。故に、信足らざれば、信ぜざることあるなり。猶兮としてそれ言を貴びたり。功成り事遂げて、百姓皆我が自然なりと謂ふ。

Ali o hökmdar təbəələrə şüur bəxş edir
Lakin bununla nə xeyirxahlıq edir
Nə də ki özünə etimad qazandırır
Nə qorxutmaq nə də ki lərzəyə salmaq niyyəti var
Kor-koranə inanan — bilməz
Aydın görən — inanmağı bir yol bilməz
Dərrakədən dərin, sözə yerləşməyən və biəməl
O hökmünü duyub deyərlər — hər şey təbiidir

十八章

18

大道󠄃廢れて、仁義あり。智慧󠄄出で、大僞あり。六親和せずして、孝慈あり。國家昏亂して、忠臣あるなり。

İnsanpərvərlik və ədalət yoldan uzaqdır xeyli
Riyakarlıq da yalnız biliyin hədsiz çoxluğuna bağlıdır
Sazlıq olmazsa ailədə, onda tələb olar “böyük-kiçik”-ə
Vəfa və sədaqətin dəyəri — nizamsızlıq, düzümsüzlük nəticəsidir

十九章

19

聖を絕ち智を棄つれば、民の利は百倍せん。仁を絕ち義を棄つれば、民は孝慈に復せん。巧を絕ち利を棄つれば、盜賊はあることなからん。この三の者は以爲に文のみにして未だ足らざるなり。故に屬する所あらしめよ。素を見はし樸を抱き、私を少なくし欲を寡なからしめよ。

Əllaməlik eləmə — fayda-xeyrin yüz dəfə artar
Mürüvvət və ədaləti hər şeydən yüksək bilmə —
onda duyarsan övlad hörmətini, və ata-ana sevgisini
Məharəti, fərasəti varlanmağın yolu bilmə — amandır bu yol — axırı oğruluq, canilikdir
Elm, mürüvvət, fərasət — bu adlar yenidir,
lakin üçü də hərislik üfunətini ört-basdır edə bilmir istəsə də
Hayıf deyil qədim yol?..
Sadə ol, təbii — bununla mənliyini və ehtiraslarını rəf edərsən
Bildiyini unut — dərddən-kədərdən uzaq olarsan

二十章

20

學を絶たば憂なからん。唯と阿との、相去ることはいくばくぞ。善と悪と、相去ることはいかん。人の畏るる所は、畏れざるべからざるも、荒兮としてそれ未だ央らざるかな。衆人は熙熙として、太牢を享くるが如く、春臺に登るが如きも、我は獨り泊兮としてそれ未だ兆さず、嬰児の未だ孩せざるが如く、乘乘兮として帰する所なきがごとし。衆人はみな餘ありて、しかも我は獨り遺れたるがごときも、我は愚人の心ならんや。沌沌兮たるのみ。俗人はみな昭昭たるも、我は獨り昏きがごとし。俗人はみな察察たるも、我は獨り悶悶たり。澹兮として海のごとく、飂兮として止まる所なきがごとし。衆人はみな以することあるも、しかも我は獨り頑かつ鄙なり。我は人に異ならんことを欲して、而して食母を貴ぶなり。

Hörmətlə nifrətin arasında böyükmü fərq var?
Şərlə Xeyiri ayırd etmək mümkündürmü asanca?
Ölüm və təklikdən hamı qorxur, lakin onlar labüd müqəddəratdır
Həqiqətən isə tarazsızlıq, şübhə dəryası qat-qat dəhşətlidir
Ey izdiham, kefdəsən şənlikdəsən,
elə bil ki Novruz gəlib ya qurban bayramıdır...
Tək mənəm süst, sakit — elə bil heç doğulmayıb arzum
Bənzərəm gülməyə öyrənməmiş hələ körpəyə
Məyus olmuş bikəs, səfil sərsəriyə oxşaram —
nə çatası məqsəd, nə dönəsi yerim var
Hamının arzusu — bolluqdur, arzusu da bol
Mən sə aldığımı həmən paylayıb saçıram
Qəlbim — dəli qəlbidir, mən sə divanə
Dünya əhli üçün dünya aydın aşkardır
Mən sə fağır, avam və aləmim torandır
Dünya əhli təcrübəlidir, maraqlıdır
Mən sə ancaq laqeyd, təfavütsüzəm
Bir lal axın kimi sakit,
küləyin əsməsi kimi hədsizəm
Hərənin peşəsi, işi, bir sahəsi var
Tək mən sahələrin sərhədində tam faydasızam
Başqalardan tək mən fərqli olsam da lakin
Hər cür (kobud, zərif) qida yetişdirən
Dayə - ana təbiətin - ağuşundan çıxmazam

二十一章

21

孔德の容は、ただ道にこれ從ふなり。道の物たる、これ恍たりこれ惚たり。恍兮たり惚兮たるも、その中に象有り。恍兮たり惚兮たるも、その中に物有り。窈兮たり冥兮たるも、その中に精有り。その精甚だ眞にして、その中に信有り。古より今に及びて、その名は去らず。以て衆甫を閲ぶ。吾れなにを以て衆甫の然るを知れるや。これを以てなり。

Dərkedilməzdir kəramət — hər səthin altı, hər şeyin içidir
Yoldur onun mənbəyi də məcrası da
Yolun isə özündən nə demək mümkündür ki?
Yolun mübhəm özəyində surəti var hər şeyin
Onun qeyri-müəyyənliyində bütün məna-mahiyyətlər var
Onun inanılmaz zülmətində hər varlığın toxum-mayası var
Hər toxumun əsli isə — ali həqiqət, haqqdır
Qədimdən indiyə kimi də onun adı daimidir
Ondan dərk edilir saysız halların dəyişilməsi
Haradan duydum indi saysız halların dəyişilməsini?
Buradan

二十二章

22

曲なれば則ち全く、枉なれば則ち直く、窪なれば則ち盈ち、敝ければ則ち新しく、少ければ則ち得、多ければ則ち惑はん。是を以て、聖人は一を抱きて、天下の式となる。自ら見さず、故に明かなり。自ら是とせず、故に彰る。自ら伐らず、故に功あり。自ら矜らず。故に長し。それただ爭はず。故に天下能くこれと爭ふことなし。古の謂はゆる、曲なれば則ち全しとは、豈虚言ならんや。誠に全くして而してこれに歸するなり。

Qədim bir söz var:
Hissə mislidir bütövün — (hissə olsa da yenə də bütövdür)
Əyri yalan də yalnız düzlüyün mislidir
Boşluq - boşluq ilə doludur
Sökmək də tikməyin bir üsuludur
Az-az irəliləyən çox bir şeyə çatar
Çoxluq üçün qaçan əlbət azar
Buna görə Arif Aqil bu vəhdəti duyaraq qəlbən
Bənzər göynən yerin arasında çobana
Görünmür adətən, lakin özü aydın itigörəndir,
Bildirmir haqqını — buna görə haqlıdır
Axtarmır şöhrəti və zəhməti qəbuldur
Deyil məğrur — buna görə başdadır
Bir şeyə deyil zidd — bununla yenilməzdir
Deyil boş söz o qədimi kəlmə:
“Mislidir Bütövün Hissə”
Bütöv olan bunu kamil bilər

二十三章

23

希言は自然なり。故に、飄風は朝を終へず。驟雨は日を終へず。孰かこれをなすものぞ。天地なり。天地すら尙ほ久しきこと能はず。而るを況や人に於てをや。故に、道に従事する者は、道に同じうし、德者とは德に同じうし、失者とは失に同じうす。道に同じうする者は、道もまたこれを得るを樂み、德に同じうする者は、德もまたこれを得るを樂み、失に同じうする者は、失もまたこれを得るを樂むなり。信足ざれば、信ぜざることあり。

Sükut labüddür, təbiidir — sözün hüdudu var bəlli
Bütün günü çəkməz əlbət səhərin şiddətli yeli
Leysan da ki əlbət yağmaz sonsuz olaraq şimşəkli
Budur yer-göyün hallarının qaydası
Və əgər yer-göydəki şiddətlər uzun çəkmir
Haradan olsun insanda o hey?
Buna görə, yol adamı
Yolunu getsə — yol ilə bir olar
Təmiz qəlbi ilə kəraməti duysa — kəramət ilə bir olar
İtirsə — itirdiyi ilə bir olar
Yol ilə bir olan isə yolunu tapar
Kəramət ilə bir olan isə kəramətini tapar
İtirdiyi ilə bir olan isə itirdiyini tapar
İnam kifayət deyil deyə, sübut-dəlil də yoxdur

二十四章

24

跂つ者は立たず。跨ぐ者は行かず。自から見はす者は明かならず。自から是とする者は彰はれず。自から伐る者は功なし。自から矜る者は長からず。その道にありてや、餘食贅行と曰ひ、物或はこれを悪む。故に有道者は處ざるなり。

Yolun əvvəlində duran dayanıqlı olmaz
Tələsən — tez yorular, uzaqlara çatmaz
Özünü göstərən aydınlıq tapmaz
Haqqını düşünən haqqı tapmaz
Özünü zorlayan müvəffəq olmaz
Özünü əsirgəyən kamilləşə bilməz
Yol adamı üçün bu çapalama artıq yük, ağır qida kimi mənfurdur
Yolu düz gedən bunlara ilişməz

二十五章

25

物ありて混成し、天地に先だつて生ぜり。寂兮たり寞兮たり。獨立して改めず、周行して殆からず。以て天下の母たるべし。吾はその名を知らざるも、これに字して道と曰ひ、强ひてこれが名を為して大と曰ひ、大を逝と曰ひ、逝を遠と曰ひ、遠を反と曰ふ。故に、道は大、天も大、地も大、王も又大なり。域中に四大ありて、王はその一に居る。人は地に法とり、地は天に法とり、天は道に法とり、道は自然に法とるなり。

Birbaşa xaosdan yaranmış — qeyri-müəyyən, formasız
Yer-göydən doğulmamış — olub onlardan əvvəl
Səssiz! Səthsiz!
Təkdir və dəyişməzdir — nə əvvəli var nə axırı
Hər tərəfə uzanır və tükənməzdir — qarşısı yoxdur
Yer-göyün Ulu Anasına bənzər
Bilmirəm adını
İşarə edərək ona Yol deyirlər
Ad vermiş olsam, deyərəm ona Böyük
Böyükdür — deməli sezilməzdir
Sezilməzdir — deməli hüdudsuzdur
Hüdudsuzdur — deməli zidd əksləri birləşdirir
Buna görə də
Yol böyükdür
Göy böyükdür
Yer böyükdür
İnsan da böyükdür
Kainatda dördü böyükdür — İnsan da onlardan biridir
Adamın qanunu - yerdəndir
Yerin qanunu - göydəndir
Göyün qanunu - yoldandır
Yolun da ki qanunu özündəndir

二十六章

26

重は輕の根たり、靜は躁の君たり。是を以て、聖人は終日行けども、而も輜重を離れず。榮觀ありと雖も、燕処して超然たり。如何ぞ萬乘の主にして、而も身を以て天下に輕くせるぞ。輕ければ則ち臣を失ひ、躁しければ則ち君を失はん。

Yüngüllüyün köküdür, ağırlıq, və əsasıdır
Makam, sükutdur əsl sahibi hərəkətin
Bundan yolu gündüz-gecə yorulmadan gedərək
Yük çəkməkdən qaçmağı yoxdur Arif Aqilin
Ətrafdakı ilğımların — dövlət, saray, geniş imkanların
xəyalına uymaz — bir fəsilə gələn bir qaranquş kimi
yüngül və qayğısız o qonağıdır aləmin
Cazibənin vəsvəsəni qıran tapar yüngüllüyü
Azad olmaq üçün dayaq-söykənəcək axtarma

二十七章

27

善行には轍迹なし。善言には瑕謫なし。善計には籌索を用ひず。善閉には関楗なくして、而も開くべからず。善結には縄約なくして、而も解くべからず。是を以て、聖人は常に善く人を救ふ。故に棄人なし。常に善く物を救ふ。故に棄物なし。是を襲明と謂ふ。故に、善人は不善人の師にして、不善人は善人の資なり。その師を貴ばず、その資を愛せざれば、知たりと雖も大に迷へる。これを要妙と謂ふ。

Kamil yolçu yolda nə iz görər nə də ki iz qoyar tapılası
Kamil natiq nə duruxmaz nə də ki suala bir yer saxlar veriləsi
Haqq-hesabı kamil edən çötkə-rəqəm bilməz
Kamil bir plan düzən qəti planlaşdırmaz
Bir qapını bir kəs kamil bilirsə qapada —
o qapıda olmaz kilid, qıfıl-cəftə,
məhz qapalıdırsa — heç açılmaz onda
Və bir bağlamanı kamil düyünləyə bilsə —
onu bağsız elə düyünləyər ki, məhz
onu bir şey saxlamasa da açılmaz
Buna görə Arif Aqil kamilliyi yetişdirərək
Hər kəsi bəsləyir, və heç kəsdən döndərmir üzünü
Hər şeyi bəsləyir, və heç nədən döndərmir üzünü
Buna deyirlər “dərinlikdən saçan nur”
Lakin
Başqasını təkmilləşdirmək istəyənin öyüd-nəsihəti xeyir gətirməz
Əsl yardımçı ola bilənin iltifat etmək niyyəti olmaz
Öz öyüd-nəsihətini qiymətli bilmə
Malik olduğunun qədrini bilmə
Çünki bilik — böyük yanılmadır
Budur sirli həqiqət qurşağı

二十八章

28

その雄を知りて、その雌を守れば、天下の谿となる。天下の谿となれば、常德は離れずして、嬰兒に復歸す。その白を知り、その黑を守れば、天下の式と為る。天下の式となれば、常の德は忒はずして、無極に復歸す。その榮を知り、その辱を守れば、天下の谷となる。天下の谷となれば、常德は乃ち足つて、樸に復歸す。樸散ずれば則ち器となる。聖人これを用ひて、則ち官長となる。故に、大制にして割かざるなり。

Kişilik sərtliyini duyub qadınlıq incəliyini gözləyən
Bənzər göyün altındakı bütün çayları birləşdirən dəryaya
Dəryaya bənzəyəni kəramət tərk etməz
Tərk etməzsə bir kəsi kəramət, qaytarar o kəsi uşaq halına
Nurunu duyub zülmətini gözləyən
Olar göyün altındakı bütün varlığın örnək-ölçüsü
Göyün altındakı bütün varlığın örnək-ölçüsü olanı kəramət qüsursuz saxlar
Bir kəsi kəramət qüsursuz saxlarsa, qaytarar o kəsi hədsizliyə
Ağ gününü görüb qara gününə şükür edən
Bənzər göyün altındakı ucsuz-bucaqsız bir dərəyə
Dəryaya bəzəyən kəramət ilə dolu olduğuna qane olar
Kəramət ilə dolu olduğuna qane olan qayıdar ilk yonulmamış halına
Yonulmamış təbiət şaxələnərək yayılır və kəraməti yayır
Budur Arif Aqilin qüdrətinin mənbəyi
Bundan da, haqqın hökmü zor etməz və qabağı alınmazdır

二十九章

29

天下を取つて、これを爲めんと將欲するも、吾はその得ざるを見るのみ。天下は神器なれば、爲むべからざるなり。爲めんとする者はこれを敗り、執らんとする者はこれを失はん。凡そ物は、或は行き、或は隨ひ、或は噓き、或いは吹き、或は强くし、或は羸くし、或は載り、或いは墮る。是を以て聖人は甚を去り、奢を去り、泰を去るなり。

Cəhd ilə, zor ilə, əməl ilə, təsir ilə göyün altındakı aləmi fəth edib
ona istədiyi kimi hökm etməyə səy edən
müvəffəq olmaz — aydın görürəm bunu
Həqiqət — ruhun sirrləri ilə dolu müqəddəs bir piyalədir
Ona heç bir təsir yol verilməzdir
Ona hökm etmək istəyən — məhkum olar
Ona sahib olmaq istəyən — onu itirər
Halların axını dəyişkəndir
Gah öndəsən, gah arxada
Gah yanırsan, gah buzlayırsan
Gah qüvvətlisən, gah da zəif
Gah yaradırsan, gah da dağıdırsan
Buna görə də, Arif Aqil
Artığı istəməz
İfratlardan çəkinər
Çoxluqdan uzaqlaşar

三十章

30

道を以て人主を佐くる者は、兵を以て天下に强くせず。その事は還るを好むなり。師の處りし所には、荊棘生じ、大軍の後には、必ず凶年あり。故に、善者は果して已む。敢て强を取らず。果して矜ることなかれ。果して伐ることなかれ。果して驕ることなかれ。果して已むを得ざれ。果して强なることなかれ。物は壯なれば則ち老ゆ。これを不道と謂ふ。不道なれば早く已むなり。

Düz yolunu gedən xidmət edər adamlara, İnsana
Silah və gücünü işlətmədən təsir edər hər yana
Çünki hər bir təsir tarazlanır uyğun cavab taparaq
Xarabalıq, tikan cəngəlliyi — cəngin izidir
Yoxsul illər — böyük orduların mütləq izidir
Əsil qalib zora heç ehtiyac duymaz — çəkinər
Qələbəni öyünmədən qəbul edər
Hücum etməz, cəngsiz qalib gələr
Tükəndirməz, üzməz — qalib gələr
Qalib gələr ki, ehtiyac duymaz — çəkinər
Bir kəs yetkin olaraq üzülürsə — o yolunda deyil
Yolunda deyilsə — demək axırı yaxındır

三十一章

31

夫れ佳兵は不祥の器にして、物或はこれを悪む。故に、有道者は處らざるなり。是を以て、君子は、居るには則ち左を貴び、兵を用ふるには則ち右を貴ぶ。兵は不祥の器にして、君子の器にあらず。やむを得ずしてこれを用ふるも、恬淡を上となし、勝つとも而も美とせざるなり。これを美とする者は、これ殺人を楽むなり。殺人を楽む者は、則ち志を天下に得べからず。(故に、吉事には左を尙び、凶事には右を尙ぶ。是を以て、偏将軍は左に處り、上将軍は右に處る。喪禮を以てこれに處るを言ふなり。)人を殺すことの衆多なれば、則ち悲哀を以てこれを泣き、戰に勝てば、則ち喪禮を以てこれに處るなり。

Döyüş silahların ən gözəli, ən yaxşısı belə -
qorxu və dərd-qəmin bir alətidir
Ona hər bir bəndə nifrət edər
Yol adamı isə heç istəməz onu alsın ələ
Əsil adam hörmət edər barışığa, sülhə
Digər çıxış olmazsa, yalnız, əl atar cəngə
Əsil adam silahları alət bilməz
Onlar qorxu və dərd-qəmin bir alətidir
Ehtirassız sükut üstündür hər şeydən
Və qələbə olsa da fəxr edək nədən?
Bir çox bəndələrin ölümünə mi sevinək?
Ölümə şad olar yalnız ruhsuz bədən
Qələbədən sonra yürüş-mərasimdə
Sərkərdəni aparar qoşun əllərdə
Eynən ölüləri aparar ailələr
Yas yerindən yürüyəndə dəfnə
Minlər qırılanda necə olmasın qəm-kədər
Buna görə zəfər mərasimi yasa bənzər

三十二章

32

道は常にして名なく、朴なりにして小なりと雖も、天下に敢て臣とせず。侯王もしよく守らば、万物はまさに自ら賓せんとす。天地は相合ひて、以て甘露を降し、民はこれを令するなくして、而も自から均しからん。はじめて制して名あり。名も亦すでにあるも、それ亦止まることを知らんとす。止まることを知るは、殆からざる所以なり。道の天下にあるを譬ふれば、猶ほ川谷の江海に於けるがごときなり。

Əbədi yol adlanılmazdır, dəyişməzdir
Heç bir şeyə onun yoxudur nisbəti
Yalnız özü-özünə müadildir
Alilər ona əməl-riayət edirsə
Bütün varlıqlar ona təslim və tabe olur
Yer-göy ona köklənərək şəbnəm yetirir
İnsanlar bir kəsin göstərişi ilə yox —
Təbii olaraq sülh tapır
İdarəetmə isə fərqləndirməni tələb edir
Bundan adlar və sözlər çoxluğu əmələ gəlir
Sözün ağası sözlərin hüdudunu tanıyır
Buna görə də dərd-bəladan uzaqdır
Çünki yolayrıcılar çox olsa da - yol birdir
Axınlar çox olsa da axırları dənizdir

三十三章

33

人を知るものは智にして、自らを知るものは明なり。人に勝つ者は力ありて、自らに勝つ者は强なり。足ることを知るものは富み、行ひを强むるものは志を有つ。その所を失はざる者は久しく、死するも亡びざるものは壽なり。

İnsanları dərk etmiş Aqildir
Özünü dərk etmiş isə - Arif
İnsanlara hökm edən qüvvətlidir
Özünə hökm edən isə - qüdrətli
Bütövlükdə halı ilə razı olan - varlıdır
Bütöv olaraq yolu davam edən isə - vardır
Özünü tapıb itirməyən uzunömürlüdür
Ölümündən sonra da yox olmayan isə - əbədi

三十四章

34

大道は汎兮として、其れ左右すべし。萬物はこれに恃みて、以て生ずるも辭せず。功あるも名とし有せず。萬物を愛養して、而も主とならず。小と名くべし。萬物は歸すれども、而も主とならず。名づけて大となすべし。是を以て、聖人は終に自ら大とならず。故によくその大を成すなり。

Ey hər yana aşıb-daşan yol!
Solda olduğu qədər sağdadır!
Hər bir varlıq ondan əmələ gəlir və ona uyğun olmaqdan qaçmır
Hər şeyi yaradır, lakin nəinki məşhurdur — heç adı da yoxdur
Hər şeyi bəsləyir və bəzəyir, lakin hökm sürməyə niyyəti yoxdur
Görünməzdir, lakin deyərsən mi ona "cüzi"?
Bütün varlıqlar ona qayıdır, lakin o özünü onların sahibi bilmir
Buna görə deyirlər ona "böyük!"
Arif Aqil iş tərzini bu örnəkdən alar
Özünü qabağa verməyərək uğur tapar

三十五章

35

大象を執れば天下は往く。往くも而も害せず。安平泰なり。楽と餌とには、過客も止まるも、道の口より出づるは、淡乎としてそれ味ひなし。これを視れども見るに足らず、これを聽けども聞くに足らざるも、これを用ふれば旣󠄁すべからず。

Yolun ulu örnəyindən möhkəm yapış — ziyan olmaz
Onda bütün dünya tapar sükut, sülh, bütövlük
Onda yolçu tapar öz yurdunu — makamını
Səssiz ahəng ilə, sevinc ilə dolu ali rahatlığı
İncə, zərif o yol sözün hüduduna sığmaz
Dadsız və qoxusuz — nə görünər, nə də eşidilər
Ondan faydalansan belə — heç tükənməz

三十六章

36

これを歙めんと將欲すれば、必ず固くこれを張れよ。これを弱めんと將欲すれば、必ず固くこれを强くせよ。これを廃せんと將欲すれば、必ず固くこれを興せよ。これを奪はんと將欲すれば、必ず固くこれを與へよ。これを微明と謂ふなり。柔は剛に勝ち、弱は强に勝つ。魚は淵より脱すべからず。國の利器は以て人に示すべからず。

Toplamaq olsun deyə
Paylayan olmalı gərək
Bir şeyi yumşaldıb zəiflətmək olsun deyə
Onu əvvəl bərk və güclü edən olmalı gərək
Bir şeyi yıxıb tənəzzülə gətirmək olsun deyə
Onu əvvəl yüksəldib inkişaf etdirən olmalı gərək
Bir şeyi zorla almaq olsun deyə
Onu verib bağışlayan olmalı gərək
Buna deyərlər - gizli aydınlıq
Yumşaq möhkəmi məğlub edir
Zəif güclünü yıxır
İri balıq dərində gizlənər
Ölkənin ən iti silahını camaata göstərməzlər

三十七章

37

道は常にして爲すことなきも、而も爲さざることなし。侯王もしよく守らば、萬物はまさに自から化せんとす。化して作らんとすれば、吾はこれを鎭するに無名の樸を以てせんとす。無名の樸も、亦まさに欲せざらんとす。欲せずして以て靜なれば、天下はまさに自から正しからんとす。

Yol daima biəməldir, buna görə hər bir əməl onun əməlidir
Alilər bu tərzi qəbul edirsə, hər bir şey öz təbii qaydasına düşür
Qaydasında olan isə sözsüz sadəliyə üstünlük verir
Adsız sadəlik həvəs-ehtiras tanımır
Bağlılıqdan azaddır, məqsədsizdir
Bu ehtirassızlıq sülh və sükut gətirir
Onda bütün Kainat özü sakitləşir

三十八章

38

上德は德とせず。是を以て德あり。下德は德を失はざらんとす。是を以て德なし。上德は爲すことなくして、而も爲さざることなし。下德はこれを爲して、而も以て爲すことなし。上仁はこれを爲して、而も以て爲すことなし。上義はこれをなして、而も以て爲すことあり。上禮はこれを爲して、而もこれに應ずることなければ、則ち臂を攘げてこれを仍く。故に、道を失つて而して後に德あり。德を失つて而して後に仁あり。仁を失つて而して後に義あり。義を失つて而して後に禮あり。夫れ禮は、忠信の薄にして、而して亂の首なり。前識者は、道の華にして、而して愚の始なり。是を以て大丈夫は、その厚きに處つて、その薄きに處らず。その實に處つて、その華に處らず。故に、彼を去つて此れを取るなり。

Ali kəramət sahibinin öz kəramətini büruzə verməyə ehtiyacı yoxdur —
buna görə də onun kəraməti var və qorunulur
Cüzi kəramət sahibi isə öz kəramətini nümayiş etdirməməyi bacarmır —
buna görə də, əslində, onun heç kəraməti yoxdur

Ali xeyirxahlıq və insansevərlik mövqeyindən əməl edənin etdiyinə ehtiyacı yoxdur
Ali ədalət mövqeyindən çıxış edənin mənəvi borcu var,
lakin nə edirsə etsin, yenə də bir çox əməl etməyə ehtiyacı qalır
Ali ədəb mövqeyindən çıxış edənin bir çox əməl etməyə ehtiyacı var, lakin hay verən yoxdur:
onda ədəb tam pozulur və əməl etməyənlər zor gücü ilə rədd edilir
Həqiqətən də
Yol itiriləndə — kəramət özünü büruzə verir
Kəramət itiriləndə — xeyirxahlıq və insansevərlik özünü büruzə verir
İnsaniyyət itiriləndə — mənəvi borc hissi özünü büruzə verir
Mənəviyyat itiriləndə — ayin və ədəb qaydaları özünü büruzə verir
Ayin-ədəb doğru iman-vəfanın cecə-qabığıdır və qarğaşalığın başlanğıcıdır
Səthi anlayış ilə heyran olmaq — cəhalətin başlanğıcıdır
Böyük adam üzdəkinə çox fikir vermir — mahiyyət ilə məşğuldur,
Gül ilə yayındırılmır — kök-toxum ilə məşğuldur

三十九章

39

昔は一を得たる者なり。天は一を得て以て淸く、地は一を得て以て寧く、神は一を得て以て靈となり、谷は一を得て以て盈ち、萬物は一を得て以て生じ、侯王は一を得て以て天下の正となる。そのこれを致すは一なり。天淸きを以てことなければ、將恐らくは裂けん。地寧きを以てすることなければ、將恐らくは發せん。神靈を以てすることなければ、將恐らくは歇ん。谷盈つるを以てすることなければ、將恐らくは竭きん。萬物生ずるを以てすることなければ、將恐らくは滅せん。侯王正しきを以てすくことなく、而も貴高ならば、將恐らくは蹙れん。故に、貴は賤を以て本となし、高きは下きを以て基となすなり。是を以て侯王は自から孤寡不穀と謂ふ。これ、その賤を以て本となすか、あらずや。故に、輿を數ふることを致せば輿なし。琭琭として玉の如く、珞珞として石の如くなるを欲せず。


Əzəldən, hərə tək sadə bir şeydən ötrü çalışır-vuruşur:
Göy çalışır təki tam aydın və təmiz olsun
Yer çalışır təki tam sakit və sabit olsun
Ruhlar çalışır təki sehrli quvvələri tam olsun
Dərə-vadilər çalışır təki münbitlik və bolluq olsun
Canlılar çalışır təki doğulsun, yaşasın
Alilər çalışır təki yer ilə göyün arasında tam haqq-ədalət olsun
Çünki sadəlik, vahidlik, bütövlük və tamamlıq - birdir
Aydınlıq və təmizlik olmazsa - göy qarışmaq təhlükəsindədir
Sükut və sabitlik olmazsa - yer dağılmaq təhlükəsindədir
Sehrli quvvələri olmazsa - ruhlar sovrulmaq təhlükəsindədir
Münbitlik və bolluq olmazsa - dərə-vadilər biyaban olmaq təhlükəsindədir
Doğum-artım olmazsa - canlılar qırılmaq təhlükəsindədir
Haqq-ədalət olmazsa - alilər devrilmək təhlükəsindədir
Sadəlikdədir ucalığın kökü
Alçaqdır ucaldılanın özülü
Buna görə alilər özlərinə “fağır”, “yetim” deyərlər
Bununla mı sadəliyə köklənirlər? Xeyir!
Lakin əzəmətlilik də hələ ucalıq deyil
Buna görə
Nə yaşmanın şərəfi gərəkdir
Nə də ki gəmbər daşın qabalığı

四十章

40

反は道の動にして、弱は道の用なり。天地萬物は、有より生じ、有は無より生ず。

İnkar və əksinə dönmək — dəyişiklik yoludur
Zərif və üzüyola olmaq — qüdrət yoludur
Dünyada hər şey doğulur varlıqdan
Varlıq isə doğulur yoxluqdan

四十一章

41

上士は道を聞けば、勤めてこれを行ふ。中士は道を聞けば、存るが若く亡ずるが若し。下士は道を聞けば、大いにこれを笑ふ。笑はざれば以て道となすにたらず。故に、建言者にこれあり。明道は昧きが若く、進道は退くが若く、夷道は纇のが若く、上德は谷の若く、太白は辱の若く、廣德は足らざるが若く、建德は偸れるが若く、質直は渝るが若く、大方は隅なく、大器は晩成し、大音は希聲にして、大象は無形なりと。道は隱れて名なし。それ唯道は善く貸して且く成すなり。

Əsl xadim yol haqqında eşıdərək cidd-cəhd edər və yola düşər
Adi adam yol haqqında eşıdərək gah çalışar, gah unutar
Axmaq isə yol haqqında eşıdərək qəhqəhə çəkir
Amma heç gülməyəndən də yol adamı şıxmaz
Buna görə natiqlər cümlələri belə qoşublar:
Yolun aydınlığı bir qaranlığa bənzər
Yolda irəlləyiş bir qeriyə addıma bənzər
Yolun ən rahat yeri çətin bir ilişiyə bənzər
Kəramətin yüksək zirvələri boş bir dərəyə bənzər
Böyük saflıq bir küfr ya biabırçılığa bənzər
Kəramətdən bolluq — kəsir, kasıbçılığa bənzər
Kəraməti yaymaq bir alçaqlıq ya oğruluğa bənzər
Əsil bir həqiqət fani yalana bənzər
Ən böyük sahənin sərhədi yoxdur
Ən böyük istedadın faydası yoxdur
Ən böyük səsi qulaq eşitməz
Ən böyük gözəllik gözə görsənməz
Yol gizlindir və isimlərin xaricindədir,
Lakin hər bir şeyi o bitirir

四十二章

42

道は一を生じ、一は二を生じ、二は三を生じ、三は萬物を生ず。萬物は陰を負ひて陽を抱く。沖氣以て和することをなす。人の惡む所は、唯孤寡不轂のみ。而して王公は以て稱となす。故に、物或はこれを損して益し、或はこれを益して損するなり。人の敎ふる所は、我もまたこれを敎ふ。强梁なる者は、その死を得ず。吾れ以て敎の父となさんとす。

Yol doğur Biri
Bir doğur İkini
İki doğur Üçü
Üç isə doğur bütün varlığları
Bütün varlıqların çevrəsindəki Zülmət (Yanq)
Içindəki Nur (Yin) və
Hər yana yayılan Boşluğun Nəfəsi (Çi) ahəng yaradır
Göyün altında ən bədbəxt yazıq yetimlərdir
Lakin alilər bilə-bilə öz-özlərinə belə deyir
Bunları adamlardan öyrənmişəm
Elə bunu da adamlara öyrədirəm:
Amansız və zalım adam öz ölümü ilə ölməz
Sözlərimin duzu, elmimin əsası - budur

四十三章

43

天下の至柔は、天下の至堅を馳騁し、無有は無間に入る。吾は是を以て無爲の益あることを知るなり。不言の敎と無爲の益とには、天下これに及ぶこと希し。

Kainatın ən zərif və yumşağ maddəsi
Ən möhkəm və güvvətliyə üstün gəlir
Qeyri-maddi olan isə
Ara olmayan yerdən də keçir
Biəməl olmağın qədrini bundan bilirəm
Sözsüz öyüd verib öyrətmək
Biəməlliyin xeyirini görmək
Hər kəsin qisməti deyil

四十四章

44

名と身とは孰れか親しきぞ。身と貨とは孰れか多なるぞ。得と亡とは孰れか病なるぞ。甚だ愛すれば必ず大いに費え、多く藏すれば必ず厚く亡ふ。足ることを知れば辱められず。止まることを知れば殆からず。以て長久なるべし。

Adın və şərəfindir mi daha əziz ya həyatın, mahiyyətin ozü?
Varlıq ya varlılıq — hansı dəyərə yapışmaqdır seçimin düzü?
Daha ağırdır mı qazanc uğrunda çəkilən zəhmət
və ya itki kədəri, zərərin qara üzü?
Həqiqətən,
Ad-şərəfi seçən daha çox xərc edər
Var-dövləti güdən — daha çox itirər
Şükür edən isə üzüqara olmaz
Hədd-qədəri bilənin bəxti bəd olmaz
Ömrü uzun olar, əndişəsi olmaz

四十五章

45

大成は缺けたるがごときも、その用は弊ならず。大盈は沖しきがごときも、その用は窮まらず。大直は屈せるがごとく、大功は拙なるがごとく、大辯は訥なるがごとし。躁は寒に勝ち、靜は熱に勝つも、淸靜は天下の正たり。

Ali yaradıcılıq dağıntıya bənzər: düzəlməzdir
Tam dolğunluq boşluğa bənzər: tükənməzdir
Böyük düzgünlük əyri gələr
Böyük ustalıq sefehliyə bənzər
Böyük fəsahət diliağır gələr
Hərəkət soyuğun öhdəsindən gələr
Hərəkətsizlik istiliyin öhdəsindən gələr
Sakit aydınlıq isə dünyanı qaydaya salar

四十六章

46

天下に道あれば、走馬を却けて以て糞するも、天下に道なければ、戎馬は郊に生ぜん。罪は欲すべきよりも大なるはなく、禍は足ることを知らざるよりも大なるはなく、咎は得んと欲するより大なるはなし。故に、足ることを知るの足るは、常に足るなり。

Dünyada hər şey yolundadırsa
Yəhərlənməmiş atlar çəmənləri gübrələyir
Dünya yolunu itirəndə
Cəng arabalarına qoşulmuş atlar civarda çapır
Ən yaman şər — şöhrətpərəstlikdir
Ən acınacaqlı safalət - naşükürlükdür
Ən acı cinayət — tamahkarlıqdır
Həqiqətən,
Kim qədərini bilər və kifayətlənər
O adama həmişə yetərincə yetər

四十七章

47

戶より出でざるも天下を知り、牖より窺はずして天道を見る。その出づること彌遠ければ、その知ること彌少し。是を以て聖人は行かずして知り、見ずして名に、爲さずして成すなり。

Evdən çölə heç çıxmayan da dünyanı dərk edib anlaya bilər
Pencərədən baxmayan da göylərin yolunu aydın görə bilər
İnsan nə qədər uzağa getsə bir o qədər də az bilər
Arif Aqillər uzağlara getməmiş bilərdi
Gözləri ilə baxmamış mahiyyəti görərdi
Əməl etməmiş işlərini başa çatdırardı

四十八章

48

學を爲むれば日に益し、道を爲むれば日々に損す。これを損してまた損し、以て爲すなきに至る。爲すなくして而も爲さざることなきなり。故に、天下を取るには、常に事なきを以てす。事あるに及べば、以て天下を取るに足らざるなり。

Elm adamı gündə nə isə tapır
Yol adamı gündə nə isə itirir
İtə bilən şeyləri itirmək üçün heç bir şey eləmək lazım deyil
Heç bir şey eləməyən isə bikar-avaraçılıq da eləyən deyil
Aləmi əhatə edən daim biəməldir
Öz işi ilə məşğul olan aləmi əhatə edə bilməz

四十九章

49

聖人には常の心なく、百姓の心を以て心となす。善なる者は吾これを善とし、不善なる者も吾またこれを善とす。徳善なればなり。信なる者は吾これを信とし、不信なる者も吾またこれを信とす。徳信なればなり。聖人の天下にあるや、惵惵として天下のために、その心を渾にす。百姓は皆その耳目を注ぐ。聖人は皆これを孩にす。

Arif Aqilin öz dəyişməz könülü yoxdur
Onun könülü elin min nəslinin könülləridir
Yaxşı insanlara yaxşılıq edir
Amma pis insanlara da yaxşılıq edir
Bu cür yaxşılıq kəramətdəndir
İmanlı insanlardan əmindir
Amma imansızlardan da əmindir
Bu cür əmniyyət kəramətdəndir
Arif Aqil dünya ilə həmahəngdir, lakin bitərəfdir
Dünyadan ötrü qəlblərini bulandıran
elin min nəslinin gözləri və gulaqları vasitəsi ilə
Arif Aqil hər şeyə körpə uşaq kimi diqqət yetirir

五十章

50

生に出れば(これ)死に入るなり。生の徒は、十に三あり。死の徒は、十に三あり。民の生んとして、動もすれば死地に之く(もの)、また十に三あり。それ何の故ぞ。その生を生とすることの厚きを以てなり。蓋し聞く、善く生を攝する者は、陸行するも、兕虎に遇はず。軍に入るも、甲兵を避けずと。兕はその角を投ずるところなく、虎はその爪を措くところなく、兵もその刃を容るるところなき(がため)なり。それ何の故ぞ。その死地なきを以てなり。

Doğmaq — həyata aiddir
Batmaq isə — ölümə
On nəfərdən
üçü — doğulur
üçü — batır
üçü isə — həyatdan ötrü çapalasa da ölüm yerinə yaxınlaşır
Niyə belə? Çünki yaşamağa yaman can atırlar
Birinin də haqqında eşitməşəm ki,
Dövri-həyatı tam qavrayan o
Səfərdə kərgədanın və pələngin qorxusundan qaçmır
Döyüşdə düşmən qorxusundan yaraq-əsləhə qeyinmir
Kərgədan buynuzunu batıra bildiyi bir yeri tapmaz
Pələng dırnaqlarını batıra bildiyi bir yeri tapmaz
Silah ucunu batıra bildiyi bir yeri tapmaz
Niyə belə?
Çünki onun öləsi yeri qalmayıb